OPEC-in baş katibi Azərbaycana səfər edəcək

Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) baş katibi Məhəmməd Barkindo bu həftənin sonunda ilk dəfə Azərbaycana rəsmi səfər edəcək.

 

Bu barədə Azərbaycan Energetika Nazirliyindən bildiriblər.

 

17-19 mart tarixlərinə planlaşdırılan səfər zamanı Azərbaycan və OPEC-in cari münasibətləri, OPEC+ sazişi çərçivəsində təşkilatla əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycanın da təşəbbüskar olduğu OPEC və kartelə daxil olmayan ölkələr arasında daha sıx əməkdaşlıq formatının müzakirə olunacağı nəzərdə tutulur.

 

Xatırladaq ki, bu, OPEC rəhbərliyinin Azərbaycana ikinci səfəri olacaq. İlk səfər 2011-ci ildə baş tutub.

12 Mart 2018 , 11:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin