Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İbrahim Alışov CEO Lunch Baku-da iştirak edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
İbrahim Alışov CEO Lunch Baku-da iştirak edəcək

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının baş  icraçı direktoru İbrahim Alışov martın 14-də rəsmi qonaq qismində Caspian European Club-un təşkil etdiyi on ikinci CEO Lunch Baku-da iştirak edəcək.

 

Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.

 

Onun sözlərinə görə, tədbir Caspian European Club-un Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq. 

 

Telman Əliyev vurğulayıb ki, CEO Lunch Baku-da qeyri-rəsmi Klubun üzv şirkətlərinin özəl sektor ilə Palata arasında əməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, CEO Lunch Baku üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

 

CEO Lunch Baku-da yalnız  Caspian European Club saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/157-ceo-lunch-baku-14-03-2018 linki vasitəsilə qeydiyyatdan keçən şirkətlər iştirak edə bilərlər.

 

Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradııb. 

 

Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir.

 

Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və  Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

12.03.2018 09:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ