Azərbaycanda taxıl istehsalçılarının assosiasiyası yaradılacaq

Azərbaycandakı iri taxılçılıq təsərrüfatlarında intensiv texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etmək olur. Taxıl istehsalçılarının assosiasiya şəklində biləşərək iri təsərrüfat formasında fəaliyyət göstərməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması istiqamətlərində işlər görülür. 

 

Bunu  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib. 

 

O, həmçinin bildirib ki, əhalinin ərzaq buğdasına olan tələbatın ödənilməsi ilə yanaşı, fermer təsərrüfatlarının da taxılla yerli istehsal hesabına tam təmin edilməsi qarşıya məqsəd qoyulub. 

 

"Azərbaycanın torpaq ehtiyatları çoxdur. 1 mln. hektara yaxın ərazidə taxıl əkilib. Amma əsas məqsədimiz əkin sahəsini deyil, hər hektardan məhsuldarlığı artırmaqdır. Güman edirik ki, bu il bol məhsulumuz olacaq", - deyə o, əlavə edib.  

 

© Report

12 Mart 2018 , 12:31   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin