Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

İki ayda yarım milyondan çox sərnişin daşınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İki ayda yarım milyondan çox sərnişin daşınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk iki ayı ərzində 545 mindən çox sərnişinə xidmət göstərmişdir.

Reklam_3_11

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Marja"ya verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 16 faiz çoxdur.

 

Cari ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 222 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 63 min sərnişin düşmüşdür.

 

470 min sərnişin (sərnişin dövriyyəsinin 86,2 faizi) beynəlxalq reyslərlə daşınmışdır.

 

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 47 istiqamət üzrə 27 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-fevral ayları ərzində bu istiqamətlərə 368 min sərnişin uçmuşdur.

 

Cari ilin mart ayından Əbu-Dabidən Bakıya müntəzəm reysləri BƏƏ-nin aparıcı aviaşirkətlərindən biri – “Etihad Airways” yerinə yetirməyə başlamışdır.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

 

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülmüşdür.

 

2017-ci ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülmüşdür.

12.03.2018 11:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ