Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azərbaycan Kredit Bürosu” müqavilələrin imzalanması prosesini başa çatdırıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azərbaycan Kredit Bürosu” müqavilələrin imzalanması prosesini başa çatdırıb

“Azərbaycan Kredit Bürosu” (Büro) ölkədə fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları (BOKT) ilə Büroya üzvlüklə bağlı müqavilələrin imzalanması prosesini başa çatdırıb. Müvafiq müqavilələr kredit tarixçəsini təşkil edən məlumatların kredit təşkilatları tərəfindən Büroya təqdim edilməsi və Bürodan əldə edilməsi qayda və prosedurlarını əhatə edir.

 

Büro 06.03.2018-ci il tarixindən Kredit təşkilatları ilə məlumat mübadiləsinə başlamışdır. Bununla əlaqədar “Kredit büroları haqqında” Qanunla müəyyən edilmiş təşkilatlara Büro ilə əməkdaşlıq məqsədilə müraciət olunmuşdur. Kredit təşkilatları ilə yanaşı, artıq ölkədə fəaliyyət göstərən 21 sığorta və 1 təkrarsığorta şirkəti ilə müvafiq əməkdaşlığı nəzərdə tutan müqavilələrin bağlanmasına nail olunmuş və yaxın müddət ərzində bütün sığorta şirkətlərinin Büronun xidmətlərindən istifadə etməsi planlaşdırılır.

 

“Azərbaycan Kredit Bürosu” MMC ölkədə fəaliyyət göstərən 8 bankın - “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərin təşəbbüsü ilə 15 yanvar 2018-ci il tarixində yaradılmışdır.

 

Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, mobil telefon operatorlarından, borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanması, saxlanması, təhlili, kredit hesabatlarının formalaşdırılmasını, habelə borcalanlara fərdi reytinqlərin verilməsi və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edəcək. Büronun baş ofisi “World business center” iş mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 43 ünvanında) yerləşir.

12.03.2018 14:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ