Gürcüstanın Azərbaycana borcu azalıb

Bu ilin fevralın 28-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan xarici borcu 8 milyon 495 min dollar təşkil edir.

 

Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, bu, yanvar ayı ilə müqayisədə 0,36 mln. dollar azdır.

 

Qonşu ölkənin ümumi xarici dövlət borcu 5 mlrd. 303,121 mln. dollar təşkil edir ki, bu məbləğin 5 mlrd. 216,368 mln. dolları hökumətin payına düşür.

 

Gürcüstanın ən çox borcu olduğu ölkələr Almaniya (294,771 mln. dollar), Yaponiya (220,677 mln. dollar) və Fransadır (214,954 mln. dollar).

 

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana olan borcu yanvar ayı ilə müqayisədə azalaraq müvafiq olaraq 16,281 mln., 68,159 mln. və 9,710 mln. dollar təşkil edir.

 

© APA

12 Mart 2018 , 17:53   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]az

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin