Türkiyə Gürcüstanda Azərbaycanla sərhəddəki sıxlığı müzakirə etdi

Türkiyə Gürcütan-Azərbaycan sərhədində "Qırmızı körpü" keçid məntəqəsində yük maşınlarının sıxlığı ilə bağlı problemin həllinə ümid edir.

 

Bu barədə Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Ciftçi Gürcüstana səfəri çərçivəsində deyib.

 

F.Ciftçi gürcüstanlı həmkarı ilə sərhəddəki ləngimələri müzakirə edib. Onun sözlərinə görə, Türkiyə gömrük sahəsində Gürcüstanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

Qeyd edək ki, "Qırmızı körpü" keçid məntəqəsi türk məhsullarının Azərbaycan və Mərkəzi Asiyaya ixracının əsas marşrutunda yerləşir.

28 Yanvar 2017 , 15:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin