“Moody's” “Ziraat Bank Azərbaycan”nın əsas səhmdarının reytinqini aşağı salıb

“Moody's” beynəlxalq reytinq agentliyi “Ziraat Bank”ın xarici valyutada uzunmüddətli  yüksək təminatlı borc reytinqini və yerli valyutada depozit reytinqini “Ba1” səviyyəsindən “Ba2” səviyyəsinə endirib.

 

Reytinq agentliyinin yaydığı məlumata görə, reytinq üzrə proqnoz da “neqativ”dən “stabil”ə yüksəldilib.

 

Məlumatda bildirilir ki, bankın xarici valyutada uzunmüddətli depozit reytinqi isə “Ba2” səviyyəsindən “Ba3” səviyyəsinə endirilib, reytinq üzrə proqnoz da “neqativ”dən “stabil”ə yüksəldilib. “Bu reytinq dövlətin suveren reytinqinin aşağı salınması ilə ehtiyac yarandığı halda banka dövlət dəstəyinin zəifləyəcəyini əks etdirir. Reytinq üzrə proqnozun stabil olması isə birbaşa Türkiyənin suveren reytinqi üzrə proqnozla bağlıdır.


Qeyd edək ki, Türkiyənin "Ziraat Bankası" 2014-cü ilin sonunda Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə "Ziraat Bank Azərbaycan” ASC törəmə strukturu vasitəsilə bank fəaliyyəti göstərmək üçün lisenziya alıb. "Ziraat Bank Azərbaycan"ın səhmlərinin 99,98%-i "Ziraat Bankası"nın payına düşür.

 

© APA

13 Mart 2018 , 09:57   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin