Ən yuxarı (mobil)_30

Trump 117 milyard dollarlıq satışı əngəllədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Trump 117 milyard dollarlıq satışı əngəllədi


ABŞ Prezidenti Donald Trump, ABŞ-ın çip istehsalçısı "Qualcomm"un Mərkəzi ofisi Sinqapurda yerləşən "Broadcom" şirkəti tərəfindən 117 milyard dollara satın alınmasına mane olacaq qərarını imzalayıb.

 

"Marja" xəbər verir ki,"Ağ Ev"dən verilən yazılı açıqlamada, Trump, "milli təhlükəsizlik" məsələsinə istinad edərək sözügedən satışın uyğun olmadığını vurğulayıb.
 

Qərarda Trumpın, "Broadcom" və tərəfdaşlarının, ABŞ-ın milli təhlükəsizliyini zəifliyə uğradacaq addımlar atacağına qarşı kifayət qədər dəlil var".- ifadəsinə yer verilib.
 

Reallaşması halında satınalama texnologiya tarixinin ən böyük sazişi ola bilərdi.
 

Prosesin qarşısını alan qərarda, "Qualcomm"un satışının "qadağan olunduğu" qeyd edilib.
 

Qərara etiraz edən "Broadcom" rəhbərləri isə sözügedən müqavilənin "ABŞ-ın milli təhlükəsizliyini hər hansı bir şəkildə təhdid etmədiyini" bəyan ediblər.
 

ABŞ-da yaradılan, ancaq 2016-ci ildə "Avago" şirkətinə satılaraq Sinqapurda yenidən qurulan "Broadcom" şirkəti, "Qualcomm"u satın alaraq xüsusilə mobil texnologiyalar və çip istehsalı sahəsində dünyanın ən mühüm oyunçuları arasında daha yüksək pilləyə qalxmaq istəyirdi.
 

 Xəzinə Nazirliyi də qarşı çıxmışdı 


ABŞ-ın Xəzinə Nazirliyi 5 Martda bağlı texnologiya şirkətlərinə məktub göndərərək xüsusilə 5G texnologiyası ilə bağlı satış proseslərinin milli təhlükəsizlik riski meydana gətirə biləcəyi xəbərdarlığını etmişdi.

 

Nazir müavini Aimen Mir, "Qualcomm, ABŞ üçün yaxşı tanınan və güvənilən bir şirkət olmuşdur. "Qualcomm"un ABŞ-ın hökumət qurumlarına tədarükündə hər hansı bir məhdudiyyət və ya ləngimə olması, milli təhlükəsizliyimizi zəiflədər", -şərhini etmişdi.

13.03.2018 07:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ