Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Həyat sığortası şirkətləri təşvişdə - "BU BİZİ QANE EDİR"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həyat sığortası şirkətləri təşvişdə - "BU BİZİ QANE EDİR"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığortası şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

 

Görüşdə “Sosial sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa nəzərdə tutulmuş dəyişikliklə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna sığortaçılar tərəfindən müraciətin ünvanlanması məsələsi müzakirə edilib:

 

"Müraciətdə qeyd olunması zəruri hesab olunan hallar vurğulandı, mövcud durumun sığortaçıları qane etməsi ilə yanaşı, bunun sığorta sektoruna verdiyi töhfələrdən bəhs edilməsinin məqsədəmüvafiq olduğu bildirildi. Bununla yanaşı, məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və tələb olunduğu halda, Milli Məclisə müraciət edilməsinə dair fikirlər səsləndirildi".

 

Qeyd edək ki, “Sosial sığortalar haqqında” Qanuna əsasən 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan (22% və 3% ) azaddır. Dövlət Sosial Müdafiə Fondu həmin maddəyə düzəliş edilməsi üçün müvafiq addımlar atmaq niyyətindədir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində İşçi Qrupu formalaşdırılmışdır.

 

Eyni zamanda, işçi əməkhaqqını həyatın yaşam sığortasına (İnvestisiya yığım) köçürərsə 14% gəlir vergisini də ödəməkdən azaddır.

13.03.2018 07:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ