Beynəlxalq Bank kredit faizini 2% də aşağı saldı

Müştərilərin bayram sevincinə sevinc qatan Azərbaycan Beynəlxalq Bankı Novruz bayramı münasibətilə yeni kampaniyaya start verib.

 

Bankın yaydığı məlumata görə, kampaniya çərçivəsində bankdan nağd pul krediti alan əmək haqqı və pensiya kartı sahibləri heç bir komisyon haqq ödəmədən kreditin illik faizində 2% endirim qazanacaqlar.

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Bank kreditin maksimal məbləğini 20.000 manata qədər, müddətini 60 ayadək artırıb. Faiz dərəcəsi isə növbəti dəfə azaldılıb. Nağd pul kreditlərinin illik faiz dərəcəsi indi cəmi 23%-dən başlanır. Müştərilərə 5000 manata qədər krediti bankdan zaminsiz almaq imkanı yaradılıb. Üstəlik, kredit almaq üçün müştərinin yaş məhdudiyyəti də 70 yaşadək yüksəlib. 

 

Bundan başqa, bankın ƏLA elektron şöbəsindəki (Bakı, Nizami küçəsi 67) avtomatlaşdırılmış depozit seyflərindən istifadə zamanı da əmək haqqı və pensiya kartı sahiblərinə seyf bir ay pulsuz icarəyə veriləcək. 

 

Eyni zamanda, kampaniya çərçivəsində bütün müştərilər Azərbaycan Beynəlxalq Bankının VISA Classic, VISA/MasterCard Gold, VISA/MasterCard Platinum, American Express Green kartlarını 50%, VISA Prime Gold, VISA Prime Platinum, VISA Infinite, Mastercard World Elite,American Express Gold və American Express Platinum kartlarını isə 40% endirimlə ala bilərlər. Bu şərtlər, müddəti 1 ildən 3 ilədək olan kartlara aiddir. Endirimlər həm müddəti uzadılan, həm də yeni sifariş verilən kartlara şamil olunur. Kampaniya çərçivəsində bir müştəri hər valyutada maksimum 1 ədəd kart sifariş edə bilər. Kampaniya 12 mart tarixindən 16 mart tarixinə qədər keçərlidir.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

13 Mart 2018 , 16:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin