Borc bataqlığındakı aviaşirkətə müştəri çıxıb

Ardıcıl zərər edən və balansında 8,5 milyard dollar borcu olan Hindistanını hökumətinə məxsus "Air India" hava yolu şirkətinə müştəri çıxıb.
 

 
Hindistaın yerli iqtisadiyyat qəzeti "Mint"də yer alan bir xəbərə görə, "Air France-KLM" və "Delta Air Lines"dan ibarət konsorsium "Air India"ya təklif təqdim etməyi qiymətləndirir.
 

Hindistanın mülki aviasiya naziri Rajiv Choubey də keçən həftə verdiyi açıqlamada, Hindistanın qarşıdakı bir neçə həftə ərzində "Air India"nın satışı üçün ilk təklifləri alacaqlarını söyləmişdi.
 

"Çelebi Havacılık" və "Bird Group" ilə  "IndiGo" da müştərilər arasında yer alır.


 
1946-ci ildə yaradılan "Air India"nın bazar payı son illərdə 35%-dən 13%-ə qədər geriləyib.


 
"Air India"nın "London Heathrow" Hava Limanı yanında bir mülkü, Tokio, Honq Konq və Nairobidə də əraziləri mövcuddur. İllərdir zərər edən şirkətə hökumət 2012-dən bəri 3,6 milyard dollar yardım edib. 2017-ci ilin İyul ayında şirkətin dörd ay hissədə satılmasına qərar verilib.

13 Mart 2018 , 16:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin