ABŞ mühüm göstəriciləri açıqladı

ABŞ-da inflyasiya Fevralda proqnozlara paralel artıb.


 

Qlobal bazarların maraqla gözlədiyi ABŞ-da inflyasiya göstəriciləri açıqlandı.

 

"Marja" xəbər verir ki, Əmək Naziliyinin məlumatlarına görə, ABŞ-da Fevralda inflyasiya aylıq müqayisədə 0.2%, illik müqayisədə 2.2% artıb. Proqnozlar da aylıq 0.2%, illik 2.2% artım olacağı istiqamətində idi.

 

Baza inflyasiya da proqnoza paralel şəkildə aylıq müqayisədə 0.2% artıb. Baza inflyasiya illik müqayisədə isə, yenə proqnoza paralel olaraq 2.1%-dən 2.2%-ə yüksəlib.

 

Məlumat Dolların məzənnəsinə kəskin təsir etməyib.

 

Göstəricilər, inflyasiyanın sürətli bir sürətlənmə olmasa da, mərhələli olaraq yüksəlməkdə olduğunu göstərdi. Fed rəsmiləri də qiymət artımlarının mərhələli olaraq hədəfə yanaşdığını vurğulayır.
 


 Fed-in bu il 3 və ya 4 dəfə faiz artırıb-artırmayacağı qərarında inflyasiya həlledici olacaq.

13 Mart 2018 , 16:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin