Volkswagen-dən 20 milyard avroluq addım

Böyük bir elektrikli avtomobil hücumuna keçən Volkswagen, özünə batareya hüceyrəsi və bənzər texnologiyaları təmin edəcək şirkətləri seçdiyini açıqlayıb. Müqavilənin məbləği 20 milyard avrodur.



 
Volkswagen, elektrikli avtomobil istehsal edəcək zavod sayını 2022-ci ilin sonuna qədər 16-ya çıxaracaq.


 
"Marja" xəbər verir ki, Almaniya nəhəngi 2025-ci ilə qədər, Audi, Porsche, Skoda və Seat kimi 12 brendi ilə illik 3 milyon ədəd elektrikli avtomobil istehsal etməyi planlaşdırır.


 
Volkswagen bu çərçivədə önəmli bir müqaviləyə də imza atıb. Şirkətdən bildiriblər ki, elektrikli avtomobillər üçün ən vacib hissələr olan batareya hüceyrəsi və bənzər texnologiyalarının tədarükü məsələsində şirkətlərin seçildiyi bildirilib. Şirkət bu şirkətlərdən ümumilikdə 20 milyard dollarlıq alışlar həyata keçirəcək.

 

VW 2025 ilə qədər 80 yeni elektrikli avtomobili bazara çıxarmağı və 2030-cu ilə qədər 300 modelin hamısında bir elektrikli alternativ təqdim etməyi planlaşdırır.

13 Mart 2018 , 17:37   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin