Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sabaha olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabaha olan hava proqnozu açıqlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Yanvarın 30-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış, sulu qar yağacağı gözlənilir.

 

Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-5° isti,Bakıda gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Gecə və səhər yolların buz bağlama ehtimalı var.

 

Azərbaycanın rayonlarında hava gündüz, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 7-12°, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

29.01.2017 09:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ