Azərbaycandan Avropa ölkələrinə ixrac missiyaları təşkil ediləcək

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Avropa ölkələrinə ixrac missiyaları təşkil edəcək. 

 

Bu barədə açıqlamasında Fondun rəhbəri Rüfət Məmmədov məlumat verib. 

 

Onun sözlərinə görə, hazırda Qərbi və Şərqi Avropa ölkələrinin bazarları ilə bağlı araşdırma aparılır: "Araşdırma başa çatdıqdan sonra konkret prioritet sahələri seçiləcək. Artıq bəzi meyvə-tərəvəzlərin Almaniyaya və digər Avropa ölkələrinə ixracı ilə bağlı ilkin razılaşmalar və sifarişlər əldə edilib". 

 

R.Məmmədov onu da qeyd edib ki, Azərbaycan şərablarının Çinə ixracı artmaqdadır: "Həm şərab ixracının həcmi, həm də ixracda iştirak edən şirkətlərin sayı artıb. Artıq  8 Azərbaycan istehsalçısı öz məhsullarını Çinə ixrac edir".

 

© Report

14 Mart 2018 , 09:52   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin