Vergilər sahibkarlardan təkliflər gözləyir - SON TARİX

Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşlarının stimullaşdırılması istiqamətində həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsi olaraq, vergi sistemində də son dövrlərdə geniş islahatlar aparılır.

 

"Marja" xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən bildirilib.


Qeyd edilib ki, hazırda qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların, eləcə də ictimaiyyətin nümayəndələrinin fikir və təklifləri öyrənilir. Bu prosesdə sahibkarlar təşəbbüskar olmalı, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı təkliflərini martın 31-nə qədər nazirliyin müvafiq komissiyasına təqdim etməlidirlər.

14 Mart 2018 , 10:03   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin