Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Vergilər Nazirliyi karqo şirkətləri ilə bağlı komissiya yaradıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyi karqo şirkətləri ilə bağlı komissiya yaradıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyi yük daşımaları ilə məşğul olan şirkətlərin vergi ödənişi ilə bağlı vəziyyətin araşdırılması məqsədilə xüsusi komissiya yaradıb. Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

 

Yüklərin idxalı ilə məşğul olan karqo şirkətlərin fəaliyyətində vergidən yayınmaqla bağlı müəyyən çatışmazlıqlar ola bilər. Bu səbəbdən hazırda bu sahədə vergi nəzarətinə yeni innovativ alətlərin tətbiqi üzrəindəı iş aparılır”, - S.Ələkbərov bilsdirib.

 

Onun sözlərinə görə, nazirlikdə karqo fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin işlərinin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.

 

S.Ələkbərov vurğulayıb ki, nazirlik dövlət büdcəsinə vergi daxilolmalarının artımına ümid edir.

 

“Hazırda Azərbaycanda 917 min vergi ödəyicisi var, onların 30 mini ƏDV, qalanları isə sadələşdirilmiş vergi ödəyiciləridir. Lakin, bununla belə büdcəyə vergi daxilolmaların 1/3-ni ƏDV təşkil edir, baxmayaraq ki, 2017-ci ildə sadələşdirilmiş vergi üzrə daxilolmaların həcmi 371,5 mln. manat və ya ümumi vergi ödəmələrinin 5,3%-ni təşkil edib”, - nazir müavini əlavə edib. 

 

© İnterfaks-Azərbaycan

14.03.2018 07:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ