Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İEA: 2017-ci ilin ilk yarısında dünya neft ehtiyatları 50% azalacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
İEA: 2017-ci ilin ilk yarısında dünya neft ehtiyatları 50% azalacaq

2017-ci ilin ilk yarısından dünya neft ehtiyatları 2 dəfə azala bilər. Bu barədə "Bloomberg"in Beynəlxalq Energetika Agentliyinin (EİA) proqnozları əsasında hazırladığı hesabatda deyilir. 

 

Hesabata əsasən, neft ehtiyatlarının azalması ancaq OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələrin dekabrın 10-da Vyanada gündəlik hasilatın 1,76 mln. barel azaldılmasına dair imzaladığı sazişin şərtlərinə tam olaraq əməl ediləcəyi təqdirdə mümkün olacaq. Bu halda 2014-cü ildən etibarən toplanan dünya neft ehtiyatları gündəlik 760 min barel sürəti ilə azalmağa başlayacaq. Bununla da 2017-ci ilin ilk 6 ayında neft ehtiyatları 46% və ya 300 mln. barel azalacaq.

 

Agentliyin hesabatında həmçinin bildirilir ki, Vyana razılaşmasına əməl olunmaması ilə bağlı risklər də böyükdür. OPEC üçün əsas risk Liviya və Nigeriya kimi hasilatı azaltmaqdan azad olunan ölkələrin hasilatı artırmasıdır. Qeyri-OPEC ölkələri üçün isə əsas riskli ölkə Rusiya sayılır. Belə ki, Rusiya söz verdiyi 300 mln. barel/gün həcmində azalmanı 2017-ci ilin ilk rübünün sonunda tamamlayacağını bildirib.

 

Lakin, əgər razılaşmaya tam əməl olunarsa EİA-nın proqnozlarına əsasən, dünya neft təklifi tələbdən 400 mln. barel geri qalacaq.

 

© Report

13.12.2016 07:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ