Qızıl və mis kəşfiyyatına 6 milyon dollar yönəldəcək

Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti 2018-ci ildə Azərbaycanda geoloji kəşfiyyat və qiymətləndirilmə işlərinə 6 mln. dollar vəsait yönəltməyi planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.

 

“Anglo Asian Mining 2018-ci ilə geoloji kəşfiyyat və qiymətləndirilmə proqramı hazırlayıb. Bu proqram Azərbaycanda üç müqavilə zonasını - Gədəbəy, Qoşa və Ordubadı əhatə edəcək. Bu proqram təxminən 6 mln. ABŞ dolları təşkil edir, bunun 1,5 mln.dolları iki yeraltı qazma qurğusu və əks sirkulyasiya üsulu ilə qazma üçün avadanlığın alışına yönəldiləcək”, - məlumatda deyilir.

 

Bütün proqram şirkətin daxili vəsaiti hesabına maliyyələşdiriləcək və 43,5 min metr ümumi həcmdə qazma işləri və geofiziki tədqiqatların aparılmasını əhatə edir.

 

“Proqram Gədəbəy və Uğur mədənləri və Qədir yeraltı mədənin yerləşdiyi Gədəbəy müqavilə zonasının intensiv öyrənilməsinə yönəlib. Bundan başqa, Qoşa və Ordubad müqavilə zonalarında gələcək potensialın qiymətləndirilməsi aparılacaq”, - məlumatda qeyd olunur.

 

© İnterfaks-Azərbaycan

14 Mart 2018 , 11:05   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin