Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

110 milyon manata 9 yeni körpü tikiləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
110 milyon manata 9 yeni körpü tikiləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Quba-Qonaqkənd avtomobil yolunun yenidənqurulması çərçivəsində 9 yeni körpünün tikintisi 110 mln. manat məbləğində inestisiya tələb edəcək.

 

Bu barədə hökumətdən məlumat verilib.

 

“Quba-Qonaqkənd avtomobil yolunun yenidənqurulma layihəsi yeni körpülərin tikintisi, həmçinin qəzalı vəziyyətdə olan mövcud körpülərin sökülməsini nəzərdə tutur. Layihə artıq hazırlanıb və təsdiq olunub. Smeta sənədlərinə əsasən, uzunluğu 910 metr olan 9 körpünün tikintisinə 110 mln. manat həcmində investisiya tələb olunacaq”, - hökumətdən qeyd ediblər.

 

Bundan əlavə, ilkin qiymətləndirmələrinə görə, üçüncü dərəcəli yol üçün tələblərə uyğun olaraq asfalt-beton örtüyünün döşənməsi daxil olmaqla, Quba-Qonaqkənd avtomobil yolunun yenidənqurulmasına 45 mln. manat investisiya tələb olunacaq.

 

“47 km uzunluğunda Quba-Qonaqkənd avtomobil yolu Quba-Qonaqkənd-Şmaxı yolunun bir hissəsidir. Avtomobil yolunun yenidənqurulma layihəsi dağlıq ərazi və meşə zolağı ilə yeni yolun çəkilməsini nəzərdə tutur”, - hökumətdən qeyd ediblər.

 

Hpkumətin məlumatına görə, 2013-cü ildə Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə dövlət büdcəsindən 2 mln. manat, 2014-cü ildə - 5 mln. manat yönəldilib. 2015-2017-ci illərdə bu məqsədlərə dövlət büdcəsindən vəsait ayrılmayıb.

 

© “İnterfaks-Azərbaycan” 

14.03.2018 09:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ