Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

“Halal standartın olması təhlükəsizlik göstəricisi deyil”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Halal standartın olması təhlükəsizlik göstəricisi deyil”

“Bu gün “Halal” məhsulları standartlarının verilməsi ilə bağlı əhali və sahibkarlar arasında yanlış fikir formalaşıb”.

 

Reklam_3_11

 Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

 

Onun sözlərinə görə, halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil: “Halal standartının sertifikatı verilməsi məcburi xarakter daşımır və könüllü olmalıdır,” – deyə Q Təhməzli vurğulayıb.

 

Q. Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi halal sertifikatı verməyəcək: “Bunun üçün istənilən sahibkar öz istəyi ilə istənilən sertifikatlaşma qurumuna müraciət edərək oradan bu sertifikatı alaraq “halal” məhsullar istehsal edə bilər. Ancaq bir daha vurğulayıram ki, bu məcburi deyil və hər bir şirkət halal standartı sertifikatı almaq məcburiyyətində deyil. Yalnız halal məhsullar istehsal edən şirkətlər bu sertifikatı almalıdırlar”.

 

© APA

14.03.2018 09:14

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ