"Yol kənarlarında heyvanların kəsiminə nəzarət lazımdır"

"Qida Təhlükəsizliyi Agentliyinin hər hansı məhsulu yoxlamağa başlaması ilə bağlı yayılan məlumatlar yanlışdır".

 

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

 

Onun sözlərinə görə, heyvan mənşəli məhsullar yüksək təhlükəli qidalar qrupuna aiddir: "Çünki, bu gün yol qırağında ət kəsimi işini görən obyektlərdə ekspertiza rəyi olmadan ətlər satılır. Təbii ki, bu da əhalinin həyatını risk altına salan amillərin başlıca səbəbidir",- deyə Q. Təhməzli qeyd edib.

 

Q. Təhməzli bildirib ki, küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsimi həyata keçirilir:

 

"İlk növbədə buna nəzarət lazımdır. Bəzi insanlar elə düşünür ki, hansısa heyvanın göz önündə kəsilməsi sağlamlıqdan xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Çünki, heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə iri depolarla bağlı, eyni zamanda tez xarab olan məhsulların çatdırılması və qidalanma ilə bağlı digər vacib məsələlər üçün standartlar müəyyənləşdiriləcək".

 

© APA

14 Mart 2018 , 12:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin