Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neftin ucuzlaşacağını göstərən 5 əlamət açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin ucuzlaşacağını göstərən 5 əlamət açıqlanıb

 

Bir sıra bazar indikatorı neftin qiymətində yüksəlişin bitdiyini göstərir. 

 

Bu barədə Hyustonda (ABŞ) yerləşən "Lipow Oil Associates" - neft sektoru ilə bağlı araşdırma və investisiya şirkətinin rəhbəri Endi Lipou (Andy Lipow) bildirib. 

 

Onun fikrincə, ABŞ-ın Energetika Nazirliyinin bu gün açıqlayacağı həftəlik hesabat dünya bazarında "WTI" markalı neftin qiymətinin 60 dollar/bareldən aşağı düşməsinə səbəb olacaq.

 

Neftun ucuzlaşacağını göstərən digər amillər kimi E.Lipou fiziki neftə tələbin azalması, fyuçers qiymətlərinin cari qiymətlərdən aşağı düşməyə başlamasını, ABŞ-ın Kuşinq terminalında neft ehtiyatlarının həcminin sabitləşməsini və fond birjası menecerlərinin nikbinliyinin azalmasını göstərib. Onun sözlərinə görə, ABŞ-da neft hasilatının gündəlik həcminin 10,4 mln. barelə yaxınlaşması ilə yanaşı, hökumət həm də strateji ehtiyatların hesabına gündəlik 7 mln. barel satış həyata keçirir. 

 

"Şist neft hasilatının sürətlə artması, Midlandda (Texas) neftin qiymətinin Kuşinqlə müqayisədə 1,3 dollar/barel aşağı düşməsinə gətirib çıxarıb. Bununla yanaşı, neft emalı zavodlarının mövsümi olaraq texniki baxışa başlamaları neftə tələbatı azaldaraq ehtiyatları artıracaq", - E.Lipou bildirib.

 

©Report

14.03.2018 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ