Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Finlandiya dövləti Nokia-dan pay aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Finlandiya dövləti Nokia-dan pay aldı

Finlandiya, ölkənin ən böyük texnologiya şirkəti Nokia-nın 3,3% hissəsini satın alaraq şirkətdəki milli sahibliyini artırıb.



"Marja" xəbər verir ki, dövlət təşkilatı "Solidium Oy" 844 milyon avro qarşılığında Nokia-nın 3,3 hissəsini alıb.  Mütəxəssislər isə bu addımın daha əvvəl reallaşması lazım olduğunu bildirirlər.
 

Sərmayə ilə əlaqədar "Reuters"ə danışan Solidium-un rəhbəri Antti Mäkinen, "Bunun yaxşı bir sərmayə olacağına inanırıq. Nokia, Finlandiyanın ən böyük şirkətidir, ancaq finlilərin sahib olduğu hissələrin nisbəti bir xeyli az idi".
 

Bir vaxtlar dünyanın ən böyük mobil cihaz istehsalçılarından olan Nokia, 1998-2007 illər arasında Finlandiyanın ümumi daxili məhsulunun 4%-ni, ixracatının isə 20%-ini təmin edirdi.
 

Microsoft tərəfindən satın alındıqdan sonra müvəffəqiyyətsiz olan Nokia, hazırda cihaz istehsalını dayandırıb.
 

Şirkət bu an Nokia markasını icarəyə verərək, üçüncü tərəf şirkətlərin istehsal etdiyi cihazlardan qazanc təmin edir.
 

Mütəxəssislər, Finlandiya dövlətinin Nokia üzərindəki təsirini artıracağını və gələcəkdə daha böyük paylar alacağını gözləyir.

14.03.2018 11:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ