"Türk Hava Yolları" yeni “Airbus” və “Boeing” təyyarələrinin alınmasına dair sazişlər imzalayıb

“Türk Hava Yolları” aviaşirkəti 60 geniş gövdəli təyyarə (onlardan 10-u opsion çərçivəsində) alacaq. Avialayenrlərin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək. Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.

 

“Airbus” şirkəti ilə müvafiq niyyət protokolu Parisdə Yelisey sarayında imzalanıb. Bu, yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransaya rəsmi səfəri çərçivəsində və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş verib. 2017-ci ilin sentyabr ayında isə prezident Ərdoğanın BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək məqsədi ilə Nyu-Yorka səfər zamanı “Boeing” və "Türk Hava Yolları" şirkətləri “Boeing 787 Dreamliner” təyyarələrinin alınması ilə bağlı planlarını açıqlamışlar.

 

“Biz razılaşmaların tamamlanmasına çox şadıq, çünki onların nəticəsində daim genişlənən təyyarə parkımız daha da artacaq və bu, nəinki “Türk Hava Yolları”nın, bütün türk aviasiyası tarixində növbəti mərhələ olacaq. Niyyət protokolları artıq sifarişlərə çevrilib və bunun sayəsində biz "Türk Hava Yolları"nın gələcək mərkəzində – İstanbulun yeni aeroportunda yerləşəcək şirkətin geniş gövdəli təyyarə ehtiyacını tam təmin edəcəyik. Bu, Türkiyənin 100-illik yubileyinə təsadüf edən 2023-cü ilədək təyyarə parkımızın genişlənməsinə doğru böyük bir addımdır. Bu addım sərnişinlərə daha yaxşı xidmət göstərməyə imkan yaradacaq, "Türk Hava Yolları" milli aviaşirkətinin inkişafına güclü təkan verəcək və Türkiyənin mülki aviasiyasını daha da effektiv edəcək”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Ayci bildirib.

14 Mart 2018 , 15:28   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin