Ən yuxarı statik reklam-3_3

Bank filialının müdiri məhkəməyə gətirilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank filialının müdiri məhkəməyə gətirilmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilməli idi. 

 

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə dövlət ittihamçısının çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəməsi gözlənilirdi. Lakin dustaq F.Rəşadətlinin məhkəməyə gətirilməməsinə görə iclas təxirə salınıb. 

 

Proses martın 30-da davam etdiriləcək. 

 

İttihama görə,  F.Rəşadətli zərərçəkən Axundova Əzizə Tofiq qızından 1 milyon 255 min dollar alıb. Axundov Bəhruz Həsən oğlundan 800 min manat dollar , Əliyeva Pərvanədən 400 min manat dollar , Axundova Gülnür 300 min dollar, Xəlilova Sevda Rüstəm qızından 300 min dollar, Xəlilova Firəngiz 150 min dollar, Nərgiz Məmmədlidən 150 min dollar, Ruslan Qasımovdan 100 min dolları əmanət kimi alaraq mənimsəyib. 

 

"DəmirBank"ın nümayəndəsi mülki iddia qaldıraraq banka dəyən maddi və mənəvi ziyana görə 100 min manat ödənilməsini tələb edib.

 

F.Rəşadətlinin himayəsində 2 azyaşlı uşağı var. 

 

© "Qafqazinfo"

14.03.2018 12:49

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ