OPEC: ABŞ-ın neft təklifi qlobal tələbinin artmasını keçəcək

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC), ABŞ-da şist nefti hasilatının artmasının bu il neftə qlobal tələbin artmasını aşacağını gözləyir.

 

"Marja" xəbər verir ki, OPEC-in aylıq bazar hesabatına görə, qlobal neft tələbinin bu il gündəlik 1.6 milyon barel, OPEC-ə daxil olmayan ölkələrin təklifinin isə 1.66 milyon barel artması gözlənilir. 

 

Hesabatına görə, OPEC-in xam neft istehsalı fevral ayında bir əvvəllki ayla müqayisədə gündəlik 77 min barel azalaraq 32 milyon 190 min barelə geriləyib. Təşkilatın istehsalını azaltması ilə fevralda qlobal neft istehsalıda payı da 32,8% olub.

 

Hesabatda qeyd edilib ki, Fevralda qlobal neft təklifi Yanvar ayı ilə müqayisədə gündəlik 370 min barel artaraq 98 milyon 200 min barel olub.

 

OPEC-ə daxil olmayan ölkələrdə neft istehsalı gündəlik 450 min barel artımla 66 milyon 10 min barel təşkil edib.  

 

OPEC-in təxmininə görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə gündəlik 1 milyon 600 min bael artaraq gündəlik 98 milyon 630 min barelə çatacaq.

14 Mart 2018 , 18:22   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin