Ən yuxarı (mobil)_30

ABŞ-da neft hasilatı və ehtiyatları artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft hasilatı və ehtiyatları artdı

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 5 milyon barrel (1,2 faiz) artaraq 430,9 milyon barrelə yüksəldiyini açıqlayıb.


 
"Marja" xəbər verir ki, bazar gözləntisi ehtiyatların 2 milyon barrel artması istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 2,4 milyon barel artım qeyd etmişdi.

Reklam_3_11


 
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.

 

ABŞ-ın həftəlik benzin ehtiyatları isə ötən həftə 6,3 milyon barrel (2,5 faiz) azalaraq 244,8 milyon barrelə enib.
 

Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,2 milyon barrel azalma olacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,8 milyon barrel azalma göstərmişdi.

 
Xam neft hasilatı son 9 həftədə 8 dəfə yüksəlib

 

ABŞ-ın xam neft hasilatı da, keçən həftə, əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 12 min barel artımla 10,38 milyon barelə çatıb.
 

Bu nəticə ilə, ölkənin xam neft hasilatı son 9 həftədə 8 dəfə artım göstərmişdir.
 

ABŞ-ın xam neft idxalı isə keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 418 min barrel azalma ilə 7,58 milyon barrelə geriləyərkən, xam neft ixracı gündəlik orta hesabla 11 min barrel azalma ilə 1,49 milyon barelə düşüb.

 

ABŞ-ın benzin ehtiyatlarındakı artım ilə əlaqədar olaraq qlobal bazarda xam neft qiymətləri yüngül geriləyib.
 

15.03.2018 04:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ