Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bankın müvəqqəti yeni sədri kimdir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bankın müvəqqəti yeni sədri kimdir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xəbər verdiyimiz kimi, 14 mart 2018-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.

 

"Marja" Banka istinadən xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunmuşlar.

 

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilmişdir.


Abbas İbrahimov kimdir?

 

Abbas İbrahimov, 1981-ci il, iyul ayının 11-dən anadan olub. 1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. Ali təhsilini dövlət xətti ilə Türkiyədə almışdır.1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində maliyyə istiqamətli MBA təhsili almışdır. ABŞ-ın CFA (Chartered Financial Analyst) İnstitutu tərəfindən təşkil olunan CFA proqramının 2 səviyyəsini tamamlamış, proqramın son səviyyəsinə namizəddir.

 

Azərbaycanda bank sahəsində peşəkar fəaliyyətinə 2005-ci ilin sentyabr ayında “Bank of Baku”da Tədqiqat şöbəsinin mütəxəssisi vəzifəsindən başlamış, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlmişdir.

 

 Bank of Baku-da İdarə Heyəti Sədrinin Müavini, Riteyl biznes sahəsinin rəhbəri vəzifəsində çalışmışdır. 

 

2015-ci ildə "Bank of Baku"nun İdarə Heyətinin sədri vəzifəsinə keçmişdir. 2016-cı ilin dekabr ayında Bank of Baku-dan uzaqlaşan Abbas İbrahimov fəaliyyətinə Azərbaycan Beynəlxalq Bankında İdarə Heyəti sədrinin I müavini vəzifəsində davam etmişdir. 14.03.2018-ci il tarixindən Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Abbas İbrahimova həvalə edilmişdir.

14.03.2018 17:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ