Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

A-Qroup Sığorta Şirkətinin mənfəətində mənfi trend davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
A-Qroup Sığorta Şirkətinin mənfəətində mənfi trend davam edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İldən-ilə “A-Qroup Sığorta Şirkəti”nin xalis mənfəəti azalır.

 

Reklam_3_11

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, “A-Qroup Sığorta Şirkəti” ASC 2017-ci ili 1 milyon 417 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 50,5% azdır.  Şirkət 2017-ci ildə 2 milyon 867 min manat, 2015-ci ildə isə 7 milyon 889 min manat xalis mənfəət açıqlamışdı.

 

2017-ci ildə “A-Qroup Sığorta Şirkəti”nin cəmi gəlirləri 13 milyon 843 min manat, o cümlədən əsas əməliyyat gəliri 13 milyon 45 min manat (12 milyon 685 min manatı birbaşa sığorta haqları), investisiya gəlirləri 285 milyon 367 min manat təşkil edib.

 

Ötən il şirkətin cəmi xərcləri 12 milyon 708 min manat, o cümlədən sığorta ödənişləri 8 milyon 114 min manat təşkil edib.

 

ŞİRKƏT KİÇİLİB

 

31.12.2017-ci il tarixinə “A-Qroup Sığorta Şirkəti”nin cəmi aktivləri 22 milyon 983 min manat, cəmi öhdəlikləri 10 milyon 605 min manat, cəmi kapitalı isə 12 milyon 378 min manat təşkil edib.

 

2016-cı ilin sonunda “A-Qroup Sığorta Şirkəti” 23  milyon 132 min manat cəmi aktivlərə, 11 milyon 310 min manat cəmi öhdəliklərə və 11 milyon 823 min manat cəmi kapitala malik idi.

15.03.2018 05:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ