Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“AtaSığorta” son 3 ilin ən aşağı xalis mənfəətini əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AtaSığorta” son 3 ilin ən aşağı xalis mənfəətini əldə edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Aqressiv satışlara, yeni filialların açılmasına baxmayaraq ötən il “AtaSığorta”nın qazancı artmayıb. “AtaSığorta” ASC 2017-ci ili 955 min 745 manat xalis mənfəətlə başa vurub.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə şirkətin qazancı 25% azalıb. “AtaSığorta” 2016-cı ildə 1 milyon 278 min manat, 2015-ci ildə isə 1 milyon 238 min manat xalis mənfəət əldə etmişdi.

 

2016-cı illə müqayisədə ötən il şirkətin cəmi gəlirləri 7,3% artaraq 17 milyon 205 min manat, cəmi xərcləri isə 13% artaraq 16 milyon 148 min manat təşkil edib.

 

Şirkətin topladığı sığorta haqları 2016-da 8 milyon 803 min manat ikən, 2017-də 13 milyon 856 min manat təşkil edib.

 

Sığorta ödənişləri 3 milyon 543 min manatdan 5 milyon 25 min manata yüksəlib.  

 

2016-da 4 milyon 877 min manat olmuş işlərin aparılması xərcləri 2017-ci ildə 7 milyon 276 min manata yüksəlib. Xərclər artdığından şirkətin xalis mənffəəti də azalıb.

 

Ötən il şirkətin cəmi aktivləri 32 milyon 232 min manatdan 29 milyon 701 min manata düşüb.

15.03.2018 05:55

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ