Ən yuxarı (mobil)_30

Rusiyalı bağbanlar Azərbaycan tinglərini əkəcəklər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rusiyalı bağbanlar Azərbaycan tinglərini əkəcəklər

Balakən rayonunun Qullar kəndində fəaliyyət göstərən “Rayyan İntensiv Bağçılıq və Tingçilik” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) tinglik təsərrüfatında yetişdirilən meyvə tinglərinə rusiyalı bağbanlar da maraq göstərməyə başlayıblar. Bağlanmış müqavilə əsasında artıq qonşu ölkənin Krasnodar vilayətinə 15 min 500 ədəd meyvə tingi ixrac olunub. Gələcəkdə tinglərin digər respublikalara da göndərilməsi nəzərdə tutulur.

 

Bu barədə  cəmiyyətin sədri Məhəmməd Bazarov məlumat verib.

 

Hazırda təsərrüfatın 2 hektar məhsuldar tinglik sahəsi var. Burada 80 min ədəd meyvə tingi yetişdirilib. Müasir texnologiyalar əsasında yetişdirilən bu tinglər yerli iqlim şəraitinə tam uyğunlaşdırılıb. Əkin materialları hazırlanarkən bağbanların maraqları nəzərə alınıb, müasir becərmə üsulu tətbiq etməklə tinglərdə güclü kök və gövdə sistemi əmələ gətirilib. Belə tinglərdən salınan meyvə bağları artıq ikinci ilində bara girir, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır.

 

Təsərrüfat rəhbərinin bildirdiyinə görə, hazırda bu ərazidə daha iki hektar sahədə yeni tinglik təsərrüfatının yaradılmasına başlanılıb. Bağda əsasən, alma, armud, xurma, şaftalı, gilas, gavalı və alça tingləri əkilir.

 

Qeyd edək ki, hazırda təsərrüfatın 15 hektar meyvə bağı var. Keçən il bağlardan 150 tona yaxın məhsul götürülüb. İstehsal olunan meyvə satış üçün respublikamızın daxili bazarları ilə yanaşı, qonşu Gürcüstan və Rusiyaya da göndərilib.

 

©Azərtac

30.01.2017 06:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ