Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Nə üçün Şahmar Mövsümov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri təyin olundu?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nə üçün Şahmar Mövsümov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri təyin olundu?

Xəbər verdiyimiz kimi, 14 mart 2018-ci il tarixində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının növbəti ümumi yığıncağı keçirilmişdir.

 

Reklam_3_11

İclasda Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunmuşlar.

 

Diqqəti cəlb edən maliyyə nazirinin müavini Azər Bayramovun Müşahidə Şurasının sədri vəzifəsindən getməsidir. Bu, Bankın birbaşa olaraq Maliyyə Nazirliyinin nəzarətində olmayacağı deməkdir.

 

Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun Müşahidə Şurasının sədri təyin edilməsi maraq doğurur. "Marja" xəbər verir ki, bu, Fondun Beynəlxalq Bankdakı depoziti ilə bağı ola bilər.

 

Ötən illərdə bəyan edilmişdi ki, Azərbaycan Dövlət Neft Fondu “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə illik 4%-lə 1 milyard dollar depozit yerləşdirib. Dövlət Beynəlxalq Bankın böyük məbləğdə xarici borclarını üzərinə götürüb, toksit aktivər isə "Azərkredit"ə ötürülüb. Son məlumata görə, Beynəlxalq Bankın ən böyük borcu Dövlət Neft Fondunadır. Bu borcun geri ödənilib-ödənilmədiyi barədə mətbuata məlumat verilməyib. Neft Fondunun Beynəlxalq Bankdan böyük məbləğdə alacağı olduğu üçün Şahmar Mövsümov Müşahidə Şurasının sədri təyin edilə bilər.

 

Dövlət Neft Fondunun Beynəlxalq Banka yatırdığı 1 milyard dollar depozit Azərbaycan Beynəlxalq Bankının  "Xarici öhdəliklərin restrukturizasiyası planına" daxil edilmişdi. Bəyan edilmişdi ki, 1 milyard dollar depozit 3,3 milyard dollar öhdəliyə daxidir və bu borc da dövlətə ötürüləcəkdir. Lakin sonradan dövlətə təxminən 2,3 milyard dollar xarici öhdəliyin ötürüldüyü bəyan edildi. Belə çıxır ki, 1 milyard dollar depozit Beynəlxalq Bankda qalır.

 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı özəlləşdirməyə hazırlanır.

15.03.2018 06:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ