Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank sistemində əməliyyatların monitorinqi ilə bağlı layihənin təqdimatı keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank sistemində əməliyyatların monitorinqi ilə bağlı layihənin təqdimatı keçirilib

14 mart 2018-ci il tarixində Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru ilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bir sıra bankların nümayəndələri arasında görüş keçirilib.

 

Reklam_3_11

Görüşdə ABA-nın İcraçı direktoru Yunus Abdulov, Gürcüstanın SWIFT Milli İstifadəçilər Qrupunun sədri və “Georgian Financial Telecommunication Company Ltd” təşkilatının “SWIFT service bureau” bürosunun direktoru Nikoloz Tutberidze və direktor müavini Nino Alxazaşvini, həmçinin bankların İT və İT təhlükəsizlik, SWIFT üzrə menecerləri iştirak edib.

 

Görüş zamanı “SWIFT Service Bureau” layihəsinin təqdimatı keçirilib. Büronun direktoru Nikoloz Tutberidze bildirib ki, sistem əməliyyatların filtrləşdirilməsinə, monitorinqinə və hesabat verməsinə imkan verir, həmçinin, büroya üzv təşkilatların risklərinin qiymətləndirilməsi və dünya maliyyə institutlarının bazasına SWIFT vasitəsilə çıxışı təqdim edir.

 

Görüş çərçivəsində banklarla qarşılıqlı əməkdaşlıq məslələrinin müzakirəsi, bankların nümayəndələrindən rəy və təkliflərin alınması, xərclərin optimallaşdırılması kimi məsələlərə toxunulub.

 

Xatırladaq ki, “SWIFT Service Bureau” bankların SWIFT-lə kollektiv şəkildə qarşılıqlı əlaqə qura bilməsi məqsədilə yaradılmış şirkətdir. Həmçinin, şirkət maliyyə təşkilatlarına bank xidmətlərinin tam paketini təqdim edir.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür

15.03.2018 08:06

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ