Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ustaların qayğısına qalan “MƏTANƏT A” ®

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ustaların qayğısına qalan “MƏTANƏT A” ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Bu dəfə fasad ustaları üçün təlim təşkil edilib.

Reklam_3_11

 

“Mətanət A” Şirkəti öz ənənəsinə sadiq qalır. Bu dəfə də Şirkət peşəkar ustalar üçün özünə məxsus maarifləndirici tədbir təşkil edib.

 

“Qayğımıza qalan FasNatural” adlı təlimdə Azərbaycanın ilk “Ustalar Klubu”nun fasad üzrə ixtisaslaşmış 100-ə yaxın üzvü iştirak edib. Ustalara “Mətanət A” Şirkətinin istehsal etdiyi və dünyanın 150-dən artıq ölkəsində patentləşdirilmiş “FasNatural ” məhsulu ilə bağlı məlumat verilib. Bildirilib ki, “FasNatural”məhsulu fasadda arxitektur ornamentlərin, bəzək məmulatlarının, izolyasiya lövhələrinin üzərinə çəkilməklə paduqaların və üzlük plitələrinin hazırlanılmasında istifadə edilir. “FasNatural” aqlay daşını əvəz edir, su hopmur, şaxtada çatlamır, məhsulun müqaviməti təbii daşa nisbətən daha yüksəkdir, binanın fasadının yükünü 11 dəfəyə kimi azaldır, vizual görüntü baxımından təbii daşdan seçilmir, ən əsası isə, daha ucuz başa gəlir.

 

“İlin İxtirası” nominasiyası üzrə “Uğur” Milli Mükafatına layiq görülmüş “FasNatural” məhsulunun tətbiqi prosesi tədbir iştirakçılarına əyani nümayiş etdirilib, ustaların suallarını “Mətanət A”- nın peşəkar mütəxəssisləri cavablandırıb. Bu tədbirdə Şirkət daha bir İLKƏ imza atıb - ustalara “FasNatural” BONUS KARTları təqdim olunub. Bu kartlar ustalara xüsusi bonuslardan yararlanmaq imkanı verir. Təlimi uğurla başa vuran ustalar isə sertifikatlarla təltif ediliblər.

 

Qeyd edək ki, ”Mətanət A” Şirkəti inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarının inkişaf etdirilməsinə daim böyük diqqət yetirir və bu sahədə çoxşaxəli fəaliyyəti ilə seçilir. Bunun bariz nümunələrindən biri 14 ildir uğurla fəaliyyət göstərən “Mətanət A”– nın “Ustalar Klubu”dur. Klubun əsas məqsədi ustaların bilik və bacarıqlarını inkişaf etdirmək, onların işlə təmin olunmasına dəstək göstərməkdir. Şirkət bu sahədə fəaliyyətini bundan sonra da davam etdirmək niyyətindədir.

15.03.2018 09:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ