Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Bu il ən azı 1,5 milyon manat xalis mənfəət gözləyirik”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bu il ən azı 1,5 milyon manat xalis mənfəət gözləyirik”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaSığorta”ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev 2017-ci ildə şirkətin mənfəətinin aşağı düşməsini şərh edib.

 

Sədr “Marja”ya bildirib ki, mənfəət kəskin azalmayıb və azalma investisiya xərclərinin və ödənişlərin artması ilə bağlıdır:

 

“Ötən il “AtaSığorta” satış şəbəkəsini genişləndirib, işçilərin sayı artıb. Şəbəkənin qurulması müyyən investisiyalar tələb edir. Həmçinin, 2016-cı ilə nisbətən 2017-də sığorta ödənişlərimiz kəskin artıb. Həm investisiyaların artması, həm də ödənişlərin artması mənfəətliliyə təsir göstərib. Biz çəkdiyimiz xərcərin 2018-ci və növbəti illərdə mənfəətimizi artıracağını gözləyirik.  2018-ci ildə ən azı 1,5 milyon manat xalis mənfəət gözləyirik”.

 

Müseyib Əliyev əlavə etdi ki, ötən il 13 milyon 856 manat təşkil etmiş toplanmış sığorta haqlarının bu il 14-14,5 milyon manat civarında olacağı gözlənilir.

 

Xəbər verdiyimiz kimi, “AtaSığorta” ASC 2017-ci ili 955 min 745 manat xalis mənfəətlə başa vurub. 2016-cı illə müqayisədə şirkətin qazancı 25% azalıb. “AtaSığorta” 2016-cı ildə 1 milyon 278 min manat, 2015-ci ildə isə 1 milyon 238 min manat xalis mənfəət əldə etmişdi.

 

Şirkətin sığorta ödənişləri 2016-cı ildəki 3 milyon 543 min manatdan 2017-ci ildə 5 milyon 25 min manata yüksəlib. 

15.03.2018 12:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ