Mobil manşet üstü reklam-3_21

Daşınar əmlakın yüklülüyünün dövlət reyestri ödənişli olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri ödənişli olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin xidmət haqları əlçatan məbləğlərdə olacaqdır".

 

“Marja” xəbər verir ki, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib.

 

“Tezliklə tarifləri portalda yerləşdirəcəyik”,- o deyib.

 

İbrahim Alışov bildirib ki, daşınar əmlakı borcalan və borcverən öz aralarında qiymətləndirəcəklər.  Portal yaxın günlərdə tam fəaliyyətə başlayacaqdır.

 

“Daşınar əmlakın yüklülüyü haqqında” qanunda göstərilib ki, yüklülük, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə haqqında bildirişlərin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında ona axtarışın nəticələrinə dair kağız daşıyıcılarda təsdiqlənmiş hesabatın verilməsinə görə haqq tutulur.

 

Xəbər veridiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası, kiçik müəssisələrin, ticarətçilərin və fermerlərin maliyyə ehtiyaclarını asan qarşılamaları üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini” təqdim edib. Reyestr https://mpcr.fimsa.az/ adlı portalda fəaliyyət göstərir.

15.03.2018 12:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ