Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"PASHA Bank Georgia" “Caspian Energy Forum Tbilisi -2018”in sponsoru olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
"PASHA Bank Georgia" “Caspian Energy Forum Tbilisi -2018”in sponsoru olub

PASHA Bank Georgia 2018-ci il aprelin 18-də keçiriləcək 5-ci beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”nin  sponsoru olub.

 

PASHA Bank Georgia-nın Direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun hər il təşkil olunan və artıq iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin müzakirsi üçün ənənəvi meydana çevrilmiş Caspian Energy Forum-un təşkilinin əhəmiyyətini vurğulayıb.

 

“Caspian Energy Forum-un Tbilisidə keçirilməsi Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmlənməsi, həmçinin biznes-hökumət diaqlounun inkişafı, işgüzar əlaqələrin qurulması, ideya, layihə və innovasiya məhsullarının realizə olunması nöqteyi-nəzərindən bu gün xüsusilə aktualdır”, - deyə Arda Arkun deyib.  

 

Baş ofisi Bakıda yerləşən, Azərbaycan, Gürcüstan və Türkiyədə təmsil olunan, həmçinin iri və orta sahibkarlıq üçün korporativ və investisiya bankçılığı xidməti göstərən PASHA Bank maliyyə institutudur.

 

 PASHA Bank Georgia müştərilərə ikiqat diqqət ayırmaqla korporativ bank xidməti göstərmək üzrə ixtisaslaşıb. PASHA Bank həm müstəqil şəkildə, həm də iri bank sindikatları çərçivəsində rəqabətli faiz dərəcələri və hər bir müştərinin tələbat və imkanlarını nəzərə alaraq fərdi bank xidmətləri təklif edir.

 

“Caspian Energy Forum Tbilisi – 2018”nin açılışında Gürcüstanın Baş-naziri Georgi Kvirikaşvili və Gürcüstanın iqtisadi blokunu təmsil edən hökumət üzvlərinin iştirakı planlaşdırılır.

 

5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”ə rəsmi dəstəyi Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Caspian European Club göstərir.

 

İldə bir neçə də Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində keçirilən Caspian Energy Forum biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, transmilli şirkətlərlə orta və kiçik biznes nümayəndələri ilə  görüşlərin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydandır.  

 

“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin  rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək.

 

Yenilənmiş spiker siyahısı və forumun proqramı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.  

 

Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

 

Qeydiyyatdan keçmək üçün http://caspianenergyforum.com/prague/index.php/ru/ saytına daxil olun.

15.03.2018 13:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ