Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Adobe”un təhlükəsizlik yeniləmələrini quraşdırmaq tövsiyə olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Adobe”un təhlükəsizlik yeniləmələrini quraşdırmaq  tövsiyə olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

“Adobe” şirkəti “Adobe Flash Player”, “Connect və Dreamweaver”dəki təhlükəsizlik boşluqlarının qarşısının alınması məqsədilə müvafiq təhlükəsizlik yeniləmələrini təqdim edib. 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti  istifadəçilərə və inzibatçılara (administrator) təqdim olunan təhlükəsizlik yeniləmələrini quraşdırmağı tövsiyə edir. 

 

 

Elektron Təhlükəsizlik Xidməti  nəzərinizə çatdırır ki, bədniyyətlilər yoluxmuş sistemlərin idarəedilməsi üçün bu adıçəkilən proqram təminatlarındakı boşluqları istismar edə bilər. 

 

Belə ki, “Adobe Flash Player”in 28.0.0.161 və əvvəlki versiyalarındakı boşluqların (CVE-2018-4919 və CVE-2018-4920) qarşısının alınması üçün buraxılan yeniləmələr “Windows”, “Macintosh”, “Linux” və “Chrome” əməliyyat sistemləri (ƏS) üçün nəzərdə tutulub.

 

Yeniləmələri yükləyib quraşdırmaq üçün “Adobe Təhlükəsizlik Bülleteni”nin "Həll (Solution)" bölməsindən istifadə edilməsi tövsiyə olunur:

 

https://helpx.adobe.com/security/products/flash-player/apsb18-05.html

 

“Adobe Connect” üçün təqdim olunan yeniləmə "Cross-site scripting" hücumunu həyata keçirmək üçün istifadə oluna bilən SWF fayl yüklənməsi boşluğunun  (CVE-2018-4921) aradan qaldırılması üçün nəzərdə tutulub. Yeniləmə eyni zamanda “Windows” sistemində "OS Command Injection"  (CVE-2018-4923)  təhlükəsizlik açığının aradan qaldırılması üçün düşünülüb. Yeniləmələri aşağıdakı linkdən yükləyib quraşdırmaq olar:

 

https://helpx.adobe.com/security/products/connect/apsb18-06.html

 

“Adobe Dreamweaver” üçün nəzərdə tutulan təhlükəsizlik yeniləməsi “Windows ƏS-dəki  kritik "OS command injection"  (CVE-2018-4924) təhlükəsizlik açığının aradan qaldırılması üçün nəzərdə tutulub. 

 

Yeniləmələri yükləyib quraşdırmaq üçün “Adobe Təhlükəsizlik Bülleteni”nin "Həll (Solution)" bölməsindən istifadə edilməsi tövsiyə olunur:

 

 https://helpx.adobe.com/security/products/dreamweaver/apsb18-07.html.

 

15.03.2018 15:16

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ