Hökümət bu ay hərraca pul çıxaracaqmı? – AÇIQLAMA

Dövlət Neft Fondu (DNF) bu ilin yanvar-noyabr aylarında valyuta hərraclarına  ümumilikdə 4 milyard 635 milyon ABŞ dolları çıxarıb. Mərkəzi Bankın və Neft Fondunun yarıbayarı olaraq hərraclara dollar çıxartdığını nəzərə alsaq, dekabr ayında ümumilikdə “dollar kisəsini” kimin daha çox açacağı sual altındadır. 

 

Bankların dollar ehtiyacı necə ödəcək? 

 

Dövlət Neft Fondun İcraçı direktoru Şahmar Mövsümovun açıqlamalarına görə, 2016-cı ildə Fonddan büdcəyə transfertin ümumi həcmi 4,7 milyard dollar olacaq. “Belə çıxır ki, dekabrda Fond valyuta hərracına cəmi 65 milyon dollar çıxara biləcək”, deyə ekspertlər fikirlər səsləndirirlər. Bu isə ancaq bir hərraca kifayət edə bilər. Üstəlik, Mərkəzi Bankın valyuta ehtiyatları da psixoloji hədd minimumundadır. Buna görə də bankların valyutaya olan ehtiyacının necə ödənəcəyi sualı aktuallaşıb. Bəs, Fond dekabr ayında valyuta hərracına nə qədər pul çıxarmağı planlaşdırır? 

 

Dəqiq rəqəm yoxdur

 

Bununla bağlı Fonddan dəqiq bir rəqəm açıqlanmır. Səbəb isə həm sadə, həm də qəribədir. Fonddan  verilən məlumata görə, manatla ödənişlər Fondun büdcəsinin kifayət qədər böyük hissəsini təşkil edir. Fond, böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda büdcə qarşısında olan öhdəliklərini vaxtında icra etmək məqsədilə Mərkəzi Bank ilə birlikdə valyuta bazarında valyuta satışını bərabər hissələrlə həyata keçirir.  

 

Bu ilin 11 ayı üzrə Fondun hərraca çıxartdığı dolların aylar üzrə proporsiyası isə belədir:  

 

2016

Milyon ABŞ dolları

Yanvar

       593,8

Fevral

       177,5

Mart

       482,3

Aprel

       303,4

May

       431,2

İyun

       449,9

İyul

       449,2

Avqust

       444,4

Sentyabr

       631,1

Oktyabr

       371,0 

Noyabr

       301,5

Cəmi

      4 635,3

 

“Fondun öz öhdəliklərini vaxtında yerinə yetirmək üçün kifayət qədər manat ehtiyatına sahib olması da şərtdir” deyə açıqlama bildirən Fond qeyd edir ki, büdcəsində icrası manatla öhdəlikləri olduğu üçün hərraclar vasitəsilə valyuta satışı dekabr ayında da davam etdiriləcək.

 

Dollar çıxaracaqsa bu, hansı həddə ola bilər? 

 

DNF-nun mövqeyi belədir: “2016-cı il üzrə büdcədə nəzərdə tutulan dövlət büdcəsinə transfert və manatla olan digər ödənişlərin həyata keçirilməsi üçün nəzərdə tutulan vəsaitdən əlavə dolların satışı nəzərdə tutulmur”.

 

Lakin bu o demək deyil ki, Fond valyuta hərracına ekspertlərin dediyi kimi, 65 milyon dollar çıxaracaq. Bu məbləğ daha böyük ola bilər. Səbəbini isə Fonddan belə izah etdilər ki, Fondun manata olan ehtiyacı yalnız büdcəyə transfertlə bağlı deyil. Fond həmçinin bir neçə neft-qaz layihəsinə, qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, eləcə də fondun işçilərinin əmək haqqlarınını ödənişlərini həyata keçirmək üçün manata ehtiyacı var: “Fond yalnız hər il üçün nəzərdə tutulmuş manatla olan xərc maddələrini icra etmək məqsədilə dollar satışını həyata keçirir”. 

 

Bu ehtiyac üzrə real rəqəmlər isə səsləndirilmir.

 

© Fins.az

13 Dekabr 2016 , 10:44   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin