Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Avropa Birliyi böyük rəqəmsal şirkətlərə 3 faiz vergi tətbiq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avropa Birliyi böyük rəqəmsal şirkətlərə 3 faiz vergi tətbiq edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Google, Facebook, Amazon, UBER, Airbnb kimi milyardlarla dollar gəlir əldə edən beynəlxalq şirkətlər Avropa İttifaqı tərəfindən 3 faiz vergi ödəməyə məcbur ediləcəklər.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, Avropa Komissiyası tərəfindən hazırlanan qanun layihəsinin gələn həftə qəbul edilməsi gözlənilir.
 

Avropa Birliyi ərazisində ciddi miqdarda rəqəmsal gəlirə malik böyük şirkətlər, Avropa Komissiyası tərəfindən hazırlanan təklif layihəsinə görə, 3 faiz vergi ödəmək məcburiyyətilə qarşı-qarşıyadırlar.
 

Gələn həftə qəbul edilməsi gözlənilən təklif daha öncə Fransa tərəfindən gündəmə gətirilmiş və hələ də layihəyə bəzi dəyişikliklər edilə bilər. Daha əvvəl də gündəmə gələn təklifdə vergi nisbəti 1 ilə 5 faiz arasında nəzərdə tutulmuşdu, ancaq bu dəfə 3 faiz sabit vergi nəzərdə tutulur.
 

Qanun layihəsi AB ölkələri və rəsmiləri tərəfindən qəbul edildiyi təqdirdə, illik qlobal gəliri 750 milyon avronun üzərində olan və AB sərhədləri daxilində 50 milyon avrodan artıq gəlir əldə edən şirkətlər yeni qanuna tabe olacaqlar.

 

TEXNOLOGİYA NƏHƏNGLƏRİ 5 MİLYARD AVRO  VERGİ ÖDƏYƏ BİLƏRLƏR


 
Beləliklə, onlayn reklam xidmətləri göstərən Google, Facebook, Instagram, Twitter, Spotify rəqəmsal şirkətlər Avropa İttifaqına vergi ödəyəcəklər.


 
Bu şirkətlər, qazanclarını verginin aşağı olduğu Lüksemburq, İrlandiya kimi ölkələrə yönəltdiyi və üzərinə düşəni etmədikləri üçün hökumətlərin hədəfindədirlər.
 


 Analitiklər, təkliflə illik 5 milyard avro həcmində vergi yığılacağını hesablayır.

 

 Netflix kimi yayım təşkilatları, bulud informasiya və IT şirkətləri isə qanundan kənarda saxlanılıb.

16.03.2018 06:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ