Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil"

"Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir”.

 

Reklam_3_11

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Əli Məsimli deyib.

 

Onun sözlərinə görə, bank sektorunun sağlamlaşdırılması “Azərbaycan Beynəlxalq Bank” ASC-nin restrukturizasiyası ilə yekunlaşmamalıdır. “Bankların ənənəvi sürətdə yüksək faizlə qazanc əldə etməsində sektor üçün heç bir perspektiv yoxdur. Bunun əvəzinə banklar daha perspektivli yolla biznes layihələrinin maliyyələşdirilıməsinə keçə və real addım atıla bilər. Bundan başqa, problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil.

 

Biz təkliflər hazırlayıb aiddiyyəti orqanlara göndərmişik ki, bu yük yalnız bir qurumun üstünə düşməsin. Xarici valyutadakı kreditlərin bir hissəsini dövlət, bir hissəsini Mərkəzi Bank, bir hissəsini kommersiya bankları, bir hissəsini isə əhali öz üzərinə götürməlidir.

 

Bu qurumları təkliflərə həssas yanaşmağa və bu il bu istiqamətdə real işlər görməyə çağırırıq”, - deyə Ə. Məsimli qeyd edib.

 

© APA

16.03.2018 10:15

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ