Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qurduğu şirkəti geri almaq üçün 100 milyard dolları gözdən çıxarıb!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qurduğu şirkəti geri almaq üçün 100 milyard dolları gözdən çıxarıb!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 
Sinqapurda fəaliyyət göstərən prosessor istehsalçısı "Broadcom"un "Qualcomm" üçün verdiyi 120 milyard dollarlıq satınalma təklifi masada qalmışdı. Texnologiya tarixinin ən böyük müqaviləsi olması gözlənən, ancaq sürpriz şəkildə qarşısı alınan təklifin ardından, "Qualcomm"un təsisçisi və keçmiş sədri şirkətini səhmdarlardan geri satın almağa qərar verib.
 


 ABŞ Prezidenti Donald Trump, "Broadcom"un "Qualcomm"u satın almasının ABŞ-ın milli təhlükəsizliyinə potensial təhdid yaratdığı səbəbilə bir fərman imzalamış və satınalmanı əngəlləmişdi.

Reklam_3_11


 
89 milyard dollar bazar dəyərinə malik olan "Qualcomm", 1985-ci ildə Paul Jacobs tərəfindən qurulmuşdu. Şirkət hazırda satışa təqdim olunan ağıllı telefonların demək olar ki, hamısında istifadə edilən mobil prosessorları istehsal edir.
 


"Marja" "Financial Times"a istinadən xəbər verir ki, Jabobs,  "Broadcomm"un qarşısı alınan həmləsindən sonra İdarə heyətinə şirkəti səhmdarlardan geri satın almaq istədiyini bildirib.


 
Jacobs, "Qualcomm"u geri satın almaq üçün qlobal investorlardan dəstək istəyib. Bunlar arasında, 100 milyard dollarlıq nəhəng bir texnologiya fondunu idarə edən Yaponiyanın "Softbank"ının da olduğu qeyd olunur.
 
Təsisçilərin şirkətlərini səhmdarlardan geri alması və özəlləşdirməsi Silikon Vadisi üçün alışılmış bir vəziyyətdir. Bunlardan ən məşhuru "Dell"in qurucusu Michael Dell-in 2013-cü ildə 25 milyard dollar qarşılığında şirkətini səhmdarlardan geri almasıdır.

16.03.2018 13:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ