Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Ölkəyə gətirilən qəzet kağızı üzərində əlavə dəyər vergisindən azad olunmalıdır”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Ölkəyə gətirilən qəzet kağızı üzərində əlavə dəyər vergisindən azad olunmalıdır”

 

“Ölkəyə gətirilən qəzet kağızı üzərində əlavə dəyər vergisindən azad olunmalıdır. Əvvəllər bu vergi tətbiq edilmirdi. Amma bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb. Əslində bu vergi dövlət büdcəsinə elə də böyük gəlir gətirmir, bu rəqəm təxminən yarım milyon manata qədərdir”.

 

Bunu Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

 

O bildirib ki, əlavə dəyər vergisi medianın iqtisadi durumuna mənfi təsir edir: “İndiki şəraitdə medianın iqtisadi durumu və yerinə yetirdiyi ictimai missiya mütləq nəzərə alınmalıdır. Missiya yalnız ictimai deyil, həm də stratejidir. Hər hansı qəzet nəşrini dayandırırsa, ölkəmizin informasiya savaşında mövqeyi zəifləyir. Bu məsələnin reallaşması ümün hüquqi baza da mövcuddur. Sadəcə, bunu işlək hala gətirmək lazımdır”.

 

©Report

16.03.2018 13:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ