Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Maliyyə böhranı xəbərdarlığı edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Maliyyə böhranı xəbərdarlığı edildi

Fransa bankı "Societe General"ın strateqi Albert Eduard, bir ticarət müharibəsinin növbəti maliyyə böhranının gözləniləndən əvvəl başlamasına səbəb ola biləcəyini söyləyib.
 

"Marja" xəbər verir ki, Eduard, dünən nəşr olunan hesabatında, "deflyasiya dalğasının" 2008-dəkinə bənzər bir böhrana təkan verəcəyini bildirərək, ABŞ prezidenti Donald Trampın proteksionist ticarət siyasətlərinin də prosesi sürətləndirəcəyi xəbərdarlığını edib.

 

Daha əvvəl Çin kimi ölkələrin ixrac siyasətinin deflyasiyaya səbəb olacağı xəbərdarlığını edən strateq, son hesabtında "Nəticədə 2008-dəkinə bənzər bir tənəzzül ola bilər" ifadəsini istifadə edib.
 

Eduard, "Bir ticarət müharibəsi və rəqabətə davamlı valyutalarda devalvasiya son oyundur, ancaq indi bunun gözlədiyimizdən daha əvvəl reallaşması mümkündür" yazıb.
 

ABŞ Prezidenti Trampın proteksionist ticarət siyasətlərində yaxın vaxtlarda Almaniya və digər Avropa ölkələrini də hədəf alacağını qeyd edən Eduard, "Bu mürəkkəb bir proses olacaqdır" -deyib.

16.03.2018 13:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ