Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

ABŞ-da neft qazma qurğularının sayı artsa da, neft bahalaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da neft qazma qurğularının sayı artsa da, neft bahalaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı bu hətə də artıb.


Qazma qurğusu – qazma nöqtəsində quraşdırılmış və qazıma alətinin köməyi ilə sərbəst texnoloji əməliyyatları yerinə yetirməyi təmin edən qazıma maşınları, mexanizmimləri və avadanlıqları kompleksidir.

Reklam_3_11

 
"Marja" xəbər verir ki, neft sahəsinə xidmət şirkəti "Baker Hughes"un həftəlik məlumatlarına görə, 12-16  Mart dövründə ABŞ-da 4 qazma qurğusu xidmətə cəlb edilib. Bir əvvəlki həftə 796-ya düşən qazma qurğularının sayı yenidən 800-ə qalxıb.

 

Qeyd edək ki, bir əvvəlki həftə ABŞ-da 4 qazma qurğusu xidmətdən çıxarılmış və cəmi say 796-ya düşmüşdü.

 

Beləliklə, ölkədə neft qazma qurğularının sayı son 8 həftənin 7-də artmışdır.


ABŞ-da qazma qurğularının sayı son bir illik dövrdə təxminən 27 faiz artıb. Ötən ilin eyni dövründə ölkədəki ümumi qazma qurğularının sayı 631 idi.
 

Qazma qurğularının sayının artmasına baxmyaraq neft qiymətləri yüksəlib. Brent nefti 1,7% bahalaşaraq  66,21 dollara qalxıb. Qərbi Texas (WTI) tipli xam neft isə 1,8 faiz artımla 62,30 dollara yüksəlib.

 

ABŞ-ın xam neft hasilatı son 9 həftədə 8 dəfə artıb
 

Ölkənin xam neft istehsalındakı artım davam edib. ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ölkənin xam neft istehsalı 3-9 Mart tarixlərində bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 12 min barel artımla 10,38 milyon barelə çatıb.
 

Bu nəticə ilə ölkənin xam neft hasilatı son 9 həftədə 8 dəfə yüksəlib.
 

EIA-nın mart ayı hesabatına görə, ABŞ-ın gündəlik xam neft hasilatının bu il 10,7 milyon barrelə yüksəlməsi, gələn il də 11,3 milyon barrelə çataraq dünyanın ən böyük xam neft istehsalçısı Rusiyanı keçməsi nəzərdə tutulur.

17.03.2018 05:27

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ