Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Meqa Sığorta”nın da qazancı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Meqa Sığorta”nın da qazancı azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Meqa Sığorta” ASC 2017-ci ili 4 milyon 968 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2016-cı illə müqayisədə 18,6% azdır. “Meqa Sığorta” 2016-cı ildə 6 milyon 108 min manat, 2015-ci ili 9 milyon 821 min manat xalis mənfəət açıqlamışdı.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Meqa Sığorta”nın cəmi gəlirəri 20 milyon 108 min manat, cəmi xərcəri 13 milyon 897 min manat təşkil edib, 1 milyon 242 min manat mənfəət vergisi ödənilib.

 

2016-cı ildə Şirkətin cəmi gəlirləri 25 milyon 152 min manat, cəmi xərcləri 17 milyon 517 min manat təşkil etmiş və 1 milyon 527 min manat mənfəət vergisi ödənilmişdi.

 

İllik müqayisədə “Meqa Sığorta”nın topladığı sığorta haqları da azalıb. 2016-cı ildə 20 milyon 154 min manat sığorta haqları toplamağa nail olmuş şirkət, 2017-ci ildə 16 milyon 640 min manat sığorta haqları toplaya bilib. Sığorta ödənişləri isə 4 milyon 174 min manatdan 3 milyon 176 min manata düşüb.

 

Qeyd edək ki, bugünədək maliyyə hesabatlarını dərc etmiş "A-Qrup", "AtaSığorta" və "Xalq Sığorta"nın xalis mənfəətləri azalıb.

17.03.2018 06:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ