Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Çörək yüksək riskə daxil olan qida deyil, istənilən şəxslə debata çıxa bilərəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Çörək yüksək riskə daxil olan qida deyil, istənilən şəxslə debata çıxa bilərəm"

 “Azərbaycanın qida müəssisələrinin hər biri üçün ayrıca standartlar müəyyənləşdiriləcək”.

 

Reklam_3_11

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə tədbirdə deyib.

 

Onun sözlərinə görə, son zamanlar mətbuat qida müəssisələrində təftiş və yoxlamaların aparılması ilə bağlı yanlış məlumatlar yayır: "Müəssisələrdə yoxlamaların aparılması və onların cəzalandırılması agentliyin funksiyasına daxil olan məsələ deyil. Məqsədimiz həmin müəssisələrin standartlara cavab verəcək şəkildə fəaliyyət göstərmələrini təmin etməkdir”.

 

Q.Təhməzli qeyd edib ki, agentlik bəzi qida məhsullarının risklərini önə çəkərək həmin  riskləri qiymətləndirməklə məşğuldur: "Belə ki, biz riskin idarə edilməsini tənzimləyəcəyik. Məsələn, son günlər mətbuatda un və un məhsulları ilə əlaqədar bəzi yanlış fikirlər səsləndirilir. Bir mütəxəssis kimi deyə bilərəm ki, çörək yüksək riskə daxil olan qida məhsulları deyil. Ona görə də qalmaqal yaratmağa əsas yoxdur. Bu sahədə istənilən şəxslə debata çıxa bilərəm. Bununla bağlı səsləndirilən bəzi fikirlər qeyri-peşəkar yanaşmadır və insanlarda təşviş yaradır". 

 

© Report

17.03.2018 08:43

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ