"Hansı qurum yoxlamaya gəlib sertifikat tələb edirsə, bu qanunsuzdur”
"Azərbaycanda istehsal olunan bütün məhsulların ayrı-ayrılıqda sertifikatlaşdırılması ləğv edilib".
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusunda keçirilən tədbirdə deyib.
O qeyd edib ki, bütün sahibkarlıq strukturları bunu bilməlidir: "Bundan sonra məhsullara ümumi deyil, çeşidlər üzrə sertifikat veriləcək. Qida subyektləri əvvəlcə qida təhlükəsizliyinə görə qeydiyyata alınacaqlar. Müəyyən araşdırmalardan sonra onlar sertifikat ala biləcəklər. Əgər hər hansı qurum yoxlamaya gəlib, istehsalçı subyektdən hər məhsula sertifikat tələb edirsə, bilin ki, bu qanunsuzdur"
Q.Təhməzli bildirib ki, dəyişiklik Avropa ölkələrinə ixracla əlaqədardır.
Qeyd edək ki, bundan əvvəl Qoşqar Təhməzli qida məhsullarının sertifikatlaşmaya cəlb olunmayacağını bildirmişdi:
“Əgər müəssisə standartlara uyğun məhsul istehsal edirsə, bu müəssisədəki məhsulun sayının, çeşidinin heç bir önəmi yoxdur. Əgər müəssisə standarta uyğun deyilsə, istehsal olunan 5 adda da məhsul təhlükəlidir, 10 adda da”.
Qoşqar Təhməzli qeyd etmişdi ki, Agentlik dünya təcrübəsini Azərbaycanda tətbiq edəcəcəkdir:
"Dünya təcrübəsinə görə, əgər bir müəssisə standartlara uyğun olaraq fəaliyyət göstərirsə, bu o deməkdir ki, istehsal olunan məhsul qida üçün yararlıdır. Bu məhsulların sayının, çeşidinin heç bir əhəmiyyəti yoxdur. Bütün sahibkarlar bilməlidirlər ki, Azərbaycanda daxili bazar üçün istehsal olunan məhsullar çeşidinə görə sertifikatlaşmaya cəlb olunmayacadır. Sadəcə müəssisələr qida təhlükəsizliyi qeydiyyatına düşəcəklər, məhsullarının çeşidləri reystrə daxil ediləcəkdir. Məsələn, satış mərkəzləri həmin məhsulların təhlükəsizlik göstəriciləri barədə məlumat almaq istəsə, müəssisələr onlara qida təhlükəsizliyi qeydiyyatını və reysterdən çıxarışı təqdim etməklə satışlarını həyata keçirə biləcəklər”.
© Report, APA, Marja
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
12 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
12 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
12 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
13 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
13 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 13 saat əvvəl
-
14 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
14 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 14 saat əvvəl
- 14 saat əvvəl